"Yarışların heç birində onların milli simvolu olmamalıdır" - Tomas Bax

"Yarışların heç birində onların milli simvolu olmamalıdır" - Tomas Bax

Beynəlxalq Olimpiya Komitəsinin (IOC) prezidenti Tomas Bax Rusiya və Belarus idmançılarının beynəlxalq yarışlardan kənarlaşdırılmaları ilə bağlı danışıb.

Fanat.Az-ın məlumatına görə, almaniyalı funksioner idman yarışlarının bu iki ölkənin ərazisində keçirilməməsinin vacibliyini vurğulayıb. 

Bax bildirib ki, olimpiya hərəkatının təşkil etdiyi yarışların heç birində onların milli və dövlət simvolları olmamalıdır.

"Biz olimpiya həmrəyliyinin pozulmasına cavabdeh olan insanların və təşkilatların ifşasını davam etdirəcəyik. İdmanın siyasiləşdirilməsinin siyasi neytrallıq tələb edən Olimpiya Xartiyasına zidd olduğuna dair ucuz arqumentlərin tələsinə düşməyəcəyik. Olimpiya həmrəyliyini siyasi vasitələrlə bu cür kobud formada pozanlar siyasi cəhətdən motivasiyalı şəxs kimi gələcək nəticələri mühakimə edə bilməz".

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər