Yaponiyalı kosmonavt Hondanı belə təbrik etdi - FOTO

Yaponiyalı kosmonavt Hondanı belə təbrik etdi - FOTO
"Neftçi"nin yeni transferi Keysuke Hondaya yaponiyalı kosmonavt Soiti Noqutidən mesaj gəlib.
Fanat.Az xəbər verir ki,  55 yaşlı astronavt və aviasiya mühəndisi "tvitter” hesabında Hondanı Azərbaycanın "Neftçi” klubuna keçməsi münasibəti ilə təbrik edib. Noquti Bakının kosmosdan görüntüsünü paylaşaraq, həmyerlisinə yeni ölkədə uğurlar arzulayıb. Honda Noqutinin təbrikini belə cavablandırıb:
"Kosmosdan xüsusi xəbər aldım. Sən bizim arzumuzsan. Yeri gəlmişkən, bəs Azərbaycan haradadır?”.
 
Yaponiyalı kosmonavt Hondanı belə təbrik etdi - FOTO
Qeyd edək ki, Keysuke Honda dünən "Neftçi” ilə müddəti mövsümün sonuna qədər olan müqavilə imzalayıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər