Yap Stam özünə yeni iş tapdı

Yap Stam özünə yeni iş tapdı
Niderlandlı məşqçi Yap Stam özünə yeni iş tapıb.
 
Fanat.Az xəbər verir ki, sabiq mərkəz müdafiəçisi MLS komandasını - "Çinçinatti”ni çalışdıracaq.
 
İnformasiyanı ABŞ klubunun rəsmi saytı yayıb. 47 yaşlı Stamın Ohayo təmsilçisi ilə imzaladığı müqavilə 2021-ci ilin sonunda - dekabrın 21-də qüvvədən düşəcək.
 
Niderland yığmasının eks-futbolçusu son olaraq "Feyenoord”u çalışdırmışdı. O, 2019-cu ilin oktyabrından işsiz idi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər