Yap Stam qovuldu

Yap Stam qovuldu

ABŞ-ın “Çinçinnati” komandasının baş məşqçisi Yap Stam postuyla vidalaşıb. 

Fanat.Az MLS klubunun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı uğursuz nəticələr üzündən istefaya göndərilib. 

Son 7 oyunun 6-da yenilən komandanın 14 klub arasında 13-cü pillədə mövqe tutması rəhbərliyin radikal addım atmasının şərtləndirib.   Qeyd edək ki, Niderland millisinin sabiq mərkəz müdafiəçisi 2020-ci ilin mayından “Çinçinnati”nin "sükanı arxası"ndaydı. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər