Yap Stam ABŞ klubundan qovuldu

Yap Stam ABŞ klubundan qovuldu

Niderland millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Yap Stam (Jaap Stam) baş məşqçisi olduğu ABŞ təmsilçisi "Sinsinnati" ilə yollarını ayırıb. 

Fanat.Az xəbər verir ki, məlumatı klubun rəsmi saytı yayıb.

2020-ci ildən "Sinsinnati"də çalışan 49 yaşlı mütəxxəsis istefaya göndərilib. Buna səbəb klubun nəticələrinin rəhbərliyi qane etməməsi olub. 

Xatırladaq ki, MLS-in şərq konfransında çıxış edən komanda 25 tura 20 xal toplayaraq turnir cədvəlinin 13-cü yerində qərarlaşıb.

Emin Şəmsiyev

 

 

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər