Yağmurdan "qızıl", Mərziyyə finalda

Yağmurdan "qızıl", Mərziyyə finalda

Gürcüstanın paytaxtı Tbilisi şəhərində “WTT YOUTH CONTENDER TBILISI” turniri başa çatmaq üzrədir.

 Fanat.Az xəbər verir ki, yarışın son günündə Azərbaycan seçmə komandasının iki üzvü mükafatlar uğrunda mübarizə aparıb.

11 yaşadək tennisçilərin turnirində Yağmur Məmmədli bütün rəqiblərini üstələyərək yarışın baş mükafatına layiq görülüb. 

15 yaşadək idmançıların turnirindəki tennisçimiz Mərziyyə Nurmətova da uğurlu çıxışını davam etdirir. Bu gün yarımfinal səddini də inamla adlayan idmançı həlledici görüşə çıxacaq. 

Xatırladaq ki, yarışın əvvəlki günlərində Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutublar.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər