Yalnız Zeynəb uduzdu

Yalnız Zeynəb uduzdu

Rumıniyanın Yassa şəhərində şahmat üzrə qadınlar arasında Avropa çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, 29 ölkədən 117 şahmatçı iştirak edən qitə birinciliyində yarışan 10 şahmatçımız dünən 2-ci tur çərçivəsində növbəti oyunlarını keçiriblər. Onlardan 7-si görüşü qalib başa vurub, 2-si xalları yarıya bölüb. Yalnız Zeynəb Məmmədyarova uduzub ki, o, erməniylə bacarmayıb.

2-ci turun nəticələri: Xanım Balacayeva - Kseniya Zeliantsova (Belarus) 1:0 Xəyalə Abdulla - Nia Donghvani (Gürcüstan) 1:0 Türkan Məmmədyarova - Mihaela Trifoi (Rumıniya) 1:0 Gülnar Məmmədova - Maritsa Tsirulnik (Ukrayna) 1:0 Ayan Allahverdiyeva - Elena Sedina (İtaliya) 1:0 Nəsrin Babayeva - Yekatrina Pavlidou (Yunanıstan) 1:0 Günay Məmmədzadə - Monika Kalzetta (İspaniya) 1:0 Ülviyyə Fətəliyeva - Lilit Mkrtçiyan (Ermənistan) 0.5 - 0.5 Gövhər Beydullayeva - Olqa Badelka (Belarus) 0.5 - 0.5 Zeynəb Məmmədyarova - Elina Danielyan (Ermənistan) 0:1

Hazırda Günay Məmmədzadə, Gülnar Məmmədova və Xanım Balacayeva 2 xalla sıralamada 1-16-cı yeri bölüşürlər.

3-cü turun oyunları sabah keçiriləcək. Qeyd edək ki, qitə birinciliyi avqustun 21-dək davam edəcək. Yarışın ümumi mükafat fondu isə 60 min avro təşkil edir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər