Yalnız Fətəliyeva uduzdu

Yalnız Fətəliyeva uduzdu

Tunisdə 125 şahmatçının iştirakı ilə beynəlxalq turnir davam edir.

Fanat.Az xəbər verir ki, yarışda yeddinci turun görüşləri keçirilib. Azərbaycan şahmatçılarından Misrətdin İsgəndərov latviyalı İqor Kovalenko ilə, Nərmin Kazımova yəmənli Bəşir Əl-Qudaimi ilə heç-heçəyə razılaşıb. Ülviyyə Fətəliyeva isə Fransa şahmatçısı Maksim Laqardla dueldən məğlub ayrılıb.

Beləliklə, xalını 5,5-ə çatdıran Misrətdin turnir cədvəlində 7-ci pillədə qərarlaşıb  Kazımova 4,5 xalla 29-cu, 4 xala sahib Fətəliyeva 39-cu yerdədir.

Sıralamaya 6,5 xalla iranlı Məsud Mosadeqpur başçılıq edir.

İsveçrə sistemi üzrə 9 turdan ibarət yarışa dekabrın 30-da yekun vurulacaq.

Sahib

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər