XXI əsrdə Stuani kimisi olmayıb

XXI əsrdə Stuani kimisi olmayıb

Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunda səfərdə PSJ-yə 0:1 hesabı ilə uduzam "Jirona"nın hücumçusu Kristian Stuani tarixə düşüb.

Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, start "11-lik"də yer alan 37 yaşlı uruqvaylı XXI əsrdə ÇL-də debüt edən ən yaşlı oyunçu ünvanına sahib çıxıb.

Daha öncə bu turnirdə 1997-ci ildə 40 yaşlı Tasos Mitropulos ("Olimpiakos") ilk matçını keçirmişdi.

Xatırladaq ki, Stuani "Jirona"ya 2017-ci ildə, 2,5 milyon avro qarşılığında İngiltərənin "Midlsbro" klubundan transfer olunub. Cari mövsüm bütün turnirlərdə 4 matça çıxan ön xətt oyunçusu 2 qolla yadda qalıb.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər