Xviça Kvaratsxeliyanı satmaq istəməyən "Napoli" rəhbərliyinin indiki müqaviləsinə əsasən ildə 1,2 milyon avro maaş alan gürcü futbolçuya təklif etdiyi yeni anlaşmanın şərtləri açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Françesko Pollasto yayıb.
Məlumata görə, yeni müqavilənin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Xviça bu sözləşməyə imza atacağı halda, illik 4,5 milyon avro qazanacaq və məhsuldar göstəricilər ona bonuslar şəklində əlavə gəlir gətirəcək.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 38 matça çıxan Kvaratsxeliya 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Ön xətt oyunçusunun İtaliya klubu ilə indiki sözləşməsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" portalı sağ cinah hücumçusunun transfer qiymətini 80 milyon avro ilə dəyərləndirir.
Nihat