"Xavini klubda saxlamağa çalışacağıq"

"Xavini klubda saxlamağa çalışacağıq"

"Barselona"nın vitse-prezidenti Rafa Yuste baş məşqçi Xavini postunda saxlamağa çalışacaqlarını deyib.

Fanat.Az xəbər verir ki, AS nəşri onun sözlərini belə çatdırıb: 

"Söhbət bir-iki mövsümdən getmir. Biz onunla uzun müddətli layihəni müzakirə edirik. Xavini klubda saxlamağa çalışacağıq. Lakin hər şey onun özündən asılıdır".

Qeyd edək ki, 2021-ci ildən "Barselona"nı çalışdıran Xavi mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər