Xavidən qələbə şərhi

Xavidən qələbə şərhi

"Barselona"nın baş məşqçisi Xavi La Liqada "Malyorka" ilə oyunun (1:0) nəticəsi barədə danışıb. Fanat.Az xəbər verir ki, "El Chiringuito" Xavinin dediklərini belə çatdırır: 

“Bunlar qızıl üç xaldır. Bu, bir komandanın, oyunçuların, bir ailənin qələbəsidir. Demişdim ki, qarşılaşma təxirə salınmalıdır, çünki çətinliklərimiz var. Amma komandamla fəxr edirəm. Qələbə bizi ilk hədəfimizə - Çempionlar Liqasındakı yerə yaxınlaşdırır. Bu, tarixi qələbədir. Lük de Yonq qala bilərmi? Əlbəttə, qala bilər. Nümunəvi futbolçudur. İndi bunlar hamısı fərziyyədir, görək gələcəkdə nə olur." Xatırladaq ki, hazırda "Barselona" 31 xalla La Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər