"Barselona"nın baş məşqçisi Xavi Frenki de Yonqun satışa çıxarılacağı ilə bağlı yayılan informasiyaları yalanlayıb.
Fanat.Az xəbər verir ki, 41 yaşlı çalışdırıcının söylədiklərini insayder Fabritsio Romano şəxsi "Twitter" hesabında yazıb:
"De Yonq klubu tərk etməyəcək. O, heç yerə getmir. Biz Frenkini komandanın əsas oyunçularından biri sayırıq. Əlbəttə, qışda heyəti gücləndimək barədə düşünürük. Kimisə heyətə qatsaq, başqası komandadan ayrılacaq".
24 yaşlı de Yonq bu mövsüm İspaniya Primyerasında çıxdığı 11 oyunda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Niderlandlı yarımmüdafiəçinin Kataloniya klubu ilə olan müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Nihat