Xavi qarşıdakı "klasiko"dan nə danışdı?

Xavi qarşıdakı "klasiko"dan nə danışdı?

"Barselona"nın baş məşqçisi Xavi İspaniya La Liqasının 8-ci turunda "Selta" üzərində qazandıqları qələbədən sonra (1:0) "Real Madrid"lə qarşıdakı "klasiko"dan danışıb.

Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:

"Klasiko" qeyri-adi matçdır. Onun necə bitəcəyini heç vaxt deyə bilməzsən. Ötən il biz görüşə pis başladıq və 0:4 hesabı ilə uduzduq. Hə, belədir. Bu qarşılaşma barədə öncədən danışmaq çətindir".

Qeyd edək ki, "Barselona"La Liqanın turnir cədvəlində 22 xalla ilk pillədə qərarlaşıb. Eyni xala malik "Real Madrid" ikincidir. Əzəli rəqiblər bu mövsüm çempionatda məğlubiyyət acısı dadmayıblar. Tərəflər oktyabrın 16-da, Madriddə üz-üzə gələcəklər.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər