Xavi məsuliyyəti üzərinə götürdü: "Səhv etdim..."

Xavi məsuliyyəti üzərinə götürdü: "Səhv etdim..."

"Nou Kamp"da ardıcıl üçüncü oyunda məğlub olan "Barselona"nın baş məşqçisi Xavi uğursuzluğa görə özünü günahlandırıb.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Rayo Valekano"yla (0:1) görüşdən sonra bunu etiraf edib:  

"El Klasiko"da qalib gəldikdən sonra komandada nə baş verdiyini bilmirəm. Görünür uğurlu seriya yaxaladıqdan sonra həyəcanlandıq. Növbəti Çempionlar Liqasında oynayacığımıza görə erkən sevindim və məyus oldum. Beləliklə, bir məşqçi olaraq səhv etdim. Xüsusilə də oyunçuların motivasiyasında. Hər şeyi verdiyimi düşündüm, amma verə bilmədim".

İşimizi çətinləşdirdik, lakin hələ də hər şey nəzarət altındadır. "Mayorka" ilə oyunu düşünəcəyik. Mövsümün sonuna kimi beş final matçımız var".

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər