Xavi Levandovski barədə: "Bu, məni narahat etmir"

Xavi Levandovski barədə: "Bu, məni narahat etmir"

"Barselona"nın baş məşqçisi Xavi komandanın yeni transferi Robert Levandovskinin oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis "blauqrana" forması ilə hələ də qol hesabını aça bilməyən polşalı ulduz haqda belə danışıb:

“Robert məşqdə qol vurdu və deyim ki, əla görünürdü. “RB New York”la matçda fərqlənə bilməyibsə, bu, normaldır. Onunla bağlı vəziyyət məni narahat etmir. Luis Suares və Ferran Torres də komandaya yeni qoşulanda eyni şey olmuşdu. Əlbəttə, Levandovski qol vuracaq. Baxmayaraq ki, qol vurmaq onun bizim üçün edə biləcəyi yeganə şey deyil".

Qeyd edək ki, “RB New York” və “Barselona” arasında yoldaşlıq görüşü kataloniyalıların 2:0 hesablı qələbəsi ilə bitib. Levandovski 73 dəqiqə meydanda olub.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər