Xavi İngiltərə nəhəngi ilə danışıqlara başlayacaq

Xavi İngiltərə nəhəngi ilə danışıqlara başlayacaq

"Barselona"dan ayrıldığı dəqiqləşən Xavi karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən jurnalist Pedro Almeyda yayıb.

Xəbərə görə, "Çelsi" 44 yaşlı mütəxəssislə danışıq aparmağı planlaşdırır. Mənbə "zadəganlar"ın onun futbol fəlsəfəsi, şərtləri və inkişafla bağlı təklifləri ilə yaxından tanış olmaq istədiklərini vurğulayıb.

Xatırladaq ki, "Çelsi" cari mövsüm İPL-də 6-cı yeri tutub. "Göylər"in rəhbərliyi argentinalı mütəxəssis Maurisio Poçettino ilə yolları ayırıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər