Xavi Dembelenin gedəcəyini təsdiqlədi

Xavi Dembelenin gedəcəyini təsdiqlədi

"Barselona"nın baş məşqçisi Xavi Ktaloniya təmsilçisini PSJ-yə dəyişmək üzrə olan Usman Dembeledən danışıb.

Fanat.Az xəbər verir ki, "blauqrana"nın çalışdırıcısı "Milan"la yoxlama görüşündən sonra təşkil edilən mətbuat konfransında belə deyib:

"Dembele heç nəyi gizlətmədi və onu buraxmağımızı xahiş etdi. Usmanın PSJ-dən təklifi var. Biz onlarla rəqabət apara bilmərik. Açığı, bir qədər üzgünəm".

Qeyd edək ki, dembele 2022/2023 mövsümündə "Barselona" forması ilə bütün turnirlərdə 35 matça çıxaraq 8 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər