"Barselona"nın canlı əfsanələrindən olab Xavi 23 yaşlı niderlandlı yarımmüdafiəçi Frenki de Yonq haqda danışıb.
Fanat.Az xəbər verir ki, Qətər təmsilçisi "Əl-Sədd"in baş məşqçi olan ulduz veteran "Instagram"da bunları deyib:
"Əminəm ki, Frenki qarşıdakı dünya çempionatında ən yaxşı futbolçulardan biri olduğunu isbatlayacaq. Hələ gəncdir, karyerasının əsas hissəsi irəlidədir. De Yonq de Yonqdur, amma onu İnyeta, Buskets və ya mənlə müqayisə etmək absurddur. Çünki, oyun üslubunda hər hansı oxşarlıq yoxdur. O, "Barselona"ya daha yaxşı uyğunlaşmalı, tələblərə cavab verməyi öyrənməlidir. Dünyanın ən yaxşı futbolçularının olduğu klubda ön plana çıxmaq çətin məsələdir. Bizim də 20-23 yaşlarımız olanda nəyisə dəyişəcək gücdə deyildik. Hər şey özündən asılıdır. Bir müddətdən sonra komandanın liderlərindən biri ola bilər".
Fanat.Az