"Barselona"nın baş məşqçisi Xavi dünya çempionatının ilk iki turundan sonra ən yaxşı futbolçuların adlarını açıqlayıb.
Fanat.Az "Sport.es"ə istinadən xəbər verir ki, hazırda Qətərdə olan ispan mütəxəssis jurnalistlərin blits-sorğusuna əsasən mövqelər üzrə mundialın ən yaxşılarının adlarını sadalayıb.
Xavinin fikrincə, ən yaxşı oyunçular bunlardır:
ən yaxşı hücumçu - Rişarlison (Braziliya); ən böyük istedadlar - Camal Musiala (Almaniya) və Pedri (İspaniya); ən yaxşı mərkəz müdafiəçiləri - Dayo Upamekano (Fransa) və İbrahima Konate (Fransa); ən parlaq cinah müdafiəçisi - Jordi Alba (İspaniya); ən yaxşı qapıçı - Tibo Kurtua (Belçika).
Qətərdəki dünya çempionatı noyabrın 20-də start götürüb və dekabrın 18-dək davam edəcək. Turnirin qrup mərhələsinə dekabrın 2-də yekun vurulacaq.
Mirağa