Xavi Busketsi yola gətirdi - SON DURUM

Xavi Busketsi yola gətirdi - SON DURUM

"Barselona"nın kapitanı Serxio Buskets komandanın baş məşqçisi Xavi və klub idarəçilərinin təkidi ilə cari mövsümün sonunda iş yerini dəyişmək fikrindən daşınıb.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, yayda MLS klublarından birinə yollanmağı planlaşdıran 34 yaşlı yarımmüdafiəçi azı daha 1 mövsüm Kataloniya təmsilçisində top qovacaq.

Qeyd edək ki, Buskets yetirməsi olduğu "Barselona" ilə 8 dəfə İspaniya La Liqasının, 7 dəfə ölkə kubokunun qalibi olub. O, 3 dəfə UEFA Çempionlar Liqasında və Superkubokunda, удэсэ вэ klublararası dünya çempionatında titula sahib çıxıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər