Xames Kulibalini ölümdən xilas etdi - VİDEO

Xames Kulibalini ölümdən xilas etdi - VİDEO

Qətər çempionatının 13-cü turu çərçivəsində keçirilən “Əl Rayyan” - “Əl Vaqr” matçında qorxulu anlar yaşanıb. 

Fanat.Az xəbər verir ki, matçın birinci hissəsində rəqibin malili müdafiəçisi Osman Kulibali huşunu itirib.

Təcili tibbi yardım briqadası hadisə yerinə gəlməmiş “Əl Rayyan”ın kolumbiyalı yarımmüdafiəçisi Xames Rodriqes vaxtında müdaxilə edib və Kulibalinin həyatını xilas edib. 

Rodriges 32 yaşlı futbolçunun başını düzəldib ki, həkimlər çatanan qədər xəstə nəfəs ala bilsin. Kulibali xəstəxanaya çatdırılıb və hazırda vəziyyəti stabildir.

 

Matçdan sonra futbol liqası Kulibalinin infarkt keçirdiyini təsdiqləyib.

Qeyd edək ki, matç 3:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Görüşdə Xames Rodriqes dubla imza atıb və məhsular ötürmə edib. 

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər