Vüsal oynadı, komandası xal qazandı

Vüsal oynadı, komandası xal qazandı

Futbol üzrə Türkiyə 1-ci liqasında 15-ci turun oyunları keçirilib.

Fanat.Az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geyindiyi “Keçiörengücü” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Menemenspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.   Vüsal 60-cı dəqiqədə meydana buraxılıb. Azərbaycanlı futbolçu 76-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.   15 tura 14 xal toplaya bilən “Keçiörengücü” 9 iştirakçı arasında 17-ci pillədədir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər