Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti görüşlər baş tutub.
Fanat.Az xəbər verir ki, blits mərhələsinin ilk günündə 7 tur oynanılıb. Azərbaycan təmsilçilərindən Şəhriyar Məmmədyarov partiyalardan dördünü qələbə ilə başa vurub. İki matçda heç-heçəyə razılaşan "Şah" yalnız ABŞ şahmatçısı Fabiano Karuana ilə dueldən məğlub ayrılıb. Bununla aktivinə daha 5 xal yazdıran 36 yaşlı qrossmeyster ümumilikdə günün ən məhsuldarı olub.
Vüqar Əsədli hesabına 4, Rauf Məmmədov 1,5 xal əlavə edə bilib.
Qeyd edək ki, turnirə sabah - dekabrın 23-də yekun vurulacaq.
Vüqar Həşimov Memorialı Blits mərhələsi
I tur David Navara (Çexiya) - Şəhriyar Məmmədyarov 0,5:0,5 Vişvanatan Anand (Hindistan) - Rauf Məmmədov 0,5:0,5 Fabiano Karuana (ABŞ) - Vüqar Əsədli 0,5:0,5 Sergey Karyakin (Rusiya) - Rixard Rapport (Macarıstan) 0:1
lI tur David Navara - Sergey Karyakin 0:1 Rixard Rapport - Vişvanatan Anand 1:0 Şəhriyar Məmmədyarov - Vüqar Əsədli 1:0 Rauf Məmmədov - Fabiano Karuana 0:1
III tur Vüqar Əsədli - Rauf Məmmədov 1:0 Fabiano Karuana - Rixard Rapport 0,5:0,5 Sergey Karyakin - Şəhriyar Məmmədyarov 0:1 Vişvanatan Anand - David Navara 0,5:0,5
IV tur David Navara - Fabiano Karuana 1:0 Rixard Rapport - Vüqar Əsədli 1:0 Şəhriyar Məmmədyarov - Rauf Məmmədov 1:0 Sergey Karyakin - Vişvanatan Anand 0,5:0,5
V tur Vüqar Əsədli - David Navara 1:0 Rauf Məmmədov - Rixard Rapport 0:1 Vişvanatan Anand - Şəhriyar Məmmədyarov 0,5:0,5 Fabiano Karuana - Sergey Karyakin 0,5:0,5
VI tur Sergey Karyakin - Vüqar Əsədli 0:1 Vişvanatan Anand -Fabiano Karuana 0:1 Şəhriyar Məmmədyarov - Rixard Rapport 1:0 David Navara - Rauf Məmmədov 1:0
VII tur Vüqar Əsədli - Vişvanatan Anand 0,5:0,5 Rixard Rapport - David Navara 0:1 Fabiano Karuana - Şəhriyar Məmmədyarov 1:0 Rauf Məmmədov - Sergey Karyakin 1:0
Xal durumu: Rixard Rapport - 20,5, Şəhriyar Məmmədyarov - 19, Fabiano Karuana 18,5, Sergey Karyakin - 18, David Navara - 11, Rauf Məmmədov - 10,5, Vüqar Əsədli - 8, Vişvanatan Anand - 5,5.