Vüqar Həşimov Memorialı: Şəhriyar və Rauf qarşılaşacaq

Vüqar Həşimov Memorialı: Şəhriyar və Rauf qarşılaşacaq

Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq superturnirdə bu gün növbəti oyunlar baş tutacaq.

Fanat.Az xəbər verir ki, IV turda Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Rauf Məmmədov üz-üzə gələcək. Vüqar Əsədli isə macarıstanlı Rixard Rapport ilə qarşılaşacaq.

V turda Məmmədyarov hindistanlı Vişvanatan Anandla, Əsədli çexiyalı David Navara ilə, Məmmədov isə Rixard Rapportla münasibətlərinə aydınlıq gətirəcək.

Bildirək ki, hər tur iki matçdan ibarətdir. Reqlamentə əsasən, qalib müəyyənləşməsə, tərəflər arasında "armageddon" oynanılır. Əsas partiyalarda qazanılan qələbəyə görə şahmatçıların aktivinə 3 xal yazılır. "Armageddon"da əldə edilən üstünlüyə görə 2, məğlub olana isə 1 xal verilir.

Qeyd edək ki, turnirdə rapid yarışı 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits oyunları keçiriləcək. Qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.

Vüqar Həşimov Memorialı Rapid mərhələsi

IV tur Şəhriyar Məmmədyarov - Rauf Məmmədov Rixard Rapport (Macarıstan) - Vüqar Əsədli David Navara (Çexiya) - Fabiano Karuana (ABŞ) Sergey Karyakin (Rusiya) - Vişvanatan Anand (Hindistan)

V tur Vişvanatan Anand (Hindistan) - Şəhriyar Məmmədyarov Vüqar Əsədli - David Navara (Çexiya) Rauf Məmmədov - Rixard Rapport (Macarıstan) Fabiano Karuana (ABŞ) - Sergey Karyakin (Rusiya)

Xal durumu: Fabiano Karuana - 8 xal, Rixard Rapport - 7, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Sergey Karyakin - 5, David Navara - 4, Vişvanatan Anand, Vüqar Əsədli - 1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər