Vlaşiçi 15 milyon avroya satmadılar

Vlaşiçi 15 milyon avroya satmadılar
Moskva MOİK-i yarımmüdafiəçisi Nikola Vlaşiçi İngiltərənin Premyer Liqa təmsilçisi "Brentford"a satmaqdan imtina edib.
Fanat.Az xəbər verir ki, bu barədə "SportItalia "nın əməkdaşı Rudi Qaletti şəxsi "Twitter" hesabında məlumat yayıb.
Mənbə MOİK-in ingilislərin 15 milyon avroluq təklifini geri çevirdiyini vurğulayıb.
Qaletti 23 yaşlı xorvatın Moskva təmsilçisini tərk etməyə can atdığını, klubunun isə onu sonradan transfer hüquqularını satmaq şərti ilə qarşı tərəfə icarəyə verməyi arzuladığını açıqlayıb. 
MOİK sözügedən futbolçunu 2018-ci ilin yayında "Everton"dan icarəyə götürüb. Bir il sonra "hərbçilər" 15.7 milyon avro ödəyərək onun transfer hüquqlarına yiyələnib.
Geridə qalan mövsümdə Rusiya Premyer Liqasında 26 matça çıxan Vlaşiç 11 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər