Vinisius kimi seçəcək?

Vinisius kimi seçəcək?

Fransanın PSJ klubu "Real"ın hücumçusu Vinisius Cuniorun transferi üzərində çalışır.

Fanat.Az  "ABC" nəşrinə istinadən xəbər verir ki,  Paris klubu istedadlı braziliyalı futbolçunu külli miqdarda maaşla şirnikləndirməyi planlaşdırır.

Vinisius "qaymaqlılar"la müqavilənin tamamlanmasını gözləyib və azad agent kimi Parisə keçərsə, PSJ-də ildə 17 milyon avrodan çox maaş alacaq. Futbolçunun "Real Madrid"lə hazırkı müqaviləsinin müddəti 2024-cü ilin yayında başa çatır.

Hazırda Cunior ildə 3,3 milyon avro alır. Madrid klubu  xeyli yaxşılaşdırılmış şərtlərlə futbolçuya yeni müqavilə hazırlayır - onun illik maaşı ən azı 8 milyon avro olacaq. Vinisiusun  bu variantı nəzərdən keçirmədiyi və "Real Madrid"dən ayrılacaöı bildirilir. 

Bu mövsüm 21 yaşlı Vinisius Madrid komandasının heyətində 18 oyun keçirib, o, 9 qol vurub və iki məhsuldar ötürmə edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər