"Vinisius bütün qarşılaşmalarda effektli olub, ancaq..."

"Vinisius bütün qarşılaşmalarda effektli olub, ancaq..."

"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti La Liqanın 29-cu turu çərçivəsində keçirdikləri matçda - "Osasuna" ilə oyunda (4:2) ifrat çılğınlıq etdiyinə görə sarı vərəqə alan Vinisius Juniordan danışıb.

Fanat.Az xəbər verir ki, italiyalı mütəxəssisin komandasının səfər qələbəsində 2 qolla pay sahibi olan braziliyalı haqda dediklərini "Relevo" belə çatdırıb:

"Vinisius oynadığı bütün qarşılaşmalarda effektli olub. Ancaq hisslərini cilovlamağı bacarmalıdır. Məncə, ciddi və ağıllı oğlan olduğu üçün bunun öhdəsindən gələcək".

Xatırladaq ki, ilk yarının sonlarında sarı vərəqə alan Vinisius "Osasuna"nın qapısına 4 və 64-cü dəqiqələrdə yol tapıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər