Villaş-Boaş "Marsel"ə "yox" dedi

Villaş-Boaş "Marsel"ə "yox" dedi
"Marsel"in baş məşqçisi Andre Villaş-Boaş postunu tərk edə bilər.
Fanat.Az "L’Equipe" nəşrinə istinadən xəbər verir ki, Villaş-Boaş "Marsel"in yeni müqavilə təklifini qəbul etməyib. Portuqaliyalı mütəxəssisin hazırkı sözləşməsi 2021-ci ilin yayına kimi nəzərdə tutulub.
Daha əvvəl maliyyə problemləri və idman direktoru Andoni Subisarretanın istefaya göndərilməsi səbəbindən Villaş-Boaşın "Olimpik"dən ayrılacağına dair xəbərlər yayılmışdı. Maurisio Poçettino və Leonardu Jardim 42 yaşlı məşqçinin yerinə əsas namizəd hesab olunurdular.
Villaş-Boaş ötən ildən "Marsel"i çalışdırır. Komanda onun rəhbərliyi altında Fransa çempionatını ikinci sırada bitirərək Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər