Veynaldum Səudiyyə Ərəbistanı klubuna keçdi - RƏSMİ

Veynaldum Səudiyyə Ərəbistanı klubuna keçdi - RƏSMİ

PSJ-nin və Niderland millisinin yarımmüdafiəçisi Jorjinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, ərəblər onun keçidini rəsmən elan ediblər. 

32 yaşlı futbolçunun müqaviləsinin müddəti 3 illikdir. Keçid üçün Paris təmsilçisinə 10 milyon avro ödənildiyi bildirilir.

Qeyd edək ki, 2021-ci ildən Paris klubunda çıxış edən Veynaldumun PSJ ilə müqaviləsi 2024-cü ilin iyununa qədər idi. Yarımmüdafiəçi Fransa nəhənginin heyətində bütün yarışlarda keçirdiyi 38 görüşdə üç qol vurub və üç məhsuldar ötürmə edib. O, 2022/2023 mövsümünü icarə əsasında  “Roma”a keçirib.

Mirağa 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər