Niderland millisinin üzvü Vaut Veqhorst "Mançester Yunayted"dən ayrılmaq niyyətində deyil. Ancaq "qırmızı şeytanlar"ın onun arzusunu reallaşdıracağı sual altındadır.
Fanat.Az xəbər verir ki, məlumatı "The Times" yayıb.
30 yaşlı hücumçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Vaut "Mançester Yunayted"ə yanvar ayında icarə əsasında gəlib. Bütün turnirlərdə 23 matçda meydana çıxan forvard cəmi 2 qola imza atıb. Bu səbəbdən İngiltərə klubu onu birdəfəlik satın almaq niyyətində deyil.
Qeyd edək ki, Veqhorst müqavilə ilə "Börnli" klubuna məxsusdur.
Röya