Bir müddət öncə Ceydon Sançonun "Mançester Yunayted"in heyətində olacağı xəbərini vermişdik. Bu xəbər öz əksini artıq tapıb və yalnız rəsmi təqdimat gözlənilir. Futbolçunun təqdimatının baş tutması uzun çəkməyəcək.
Fanat.Az "Daily Mail"ə istinadən bildirir ki, məsələ öz həllini bu gün tapacaq. Futbolçu gün ərzində Karrinqtonda tibbi müayinədən keçəcək. 21 yaşlı hücumçu məzuniyyətə yollanmadan öncə "qırmızı şeytanlar"ın azarkeşlərini sevindirmək qərarına gəlib. Transfer günün sonunadək reallaşacaq.
Bununla bağlı ən son məlumatı oxucuların nəzərinə çatdıracağıq.
Qeyd edək ki, ingiltərəli futbolçu Dortmund "Borussiya"sının heyətində 104 oyunda 38 dəfə rəqib qapısına yol tapıb.
Emin Şəmsiyev