Varan Səudiyyə Ərəbistanı klubuna keçir - SON DURUM

Varan Səudiyyə Ərəbistanı klubuna keçir - SON DURUM

"Mançester Yunayted"in və Fransa millisinin mərkəz müdafiəçisi Rafael Varan karyerasını Səudiyyə ərəbistanında davam etdirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Football Transfers" yayıb.

Xəbərə görə, bu yay sözügedən ölkənin "Əl-Nəsr" klubu Varana müqavilə təklif edib. Ərəblərə "yox" deyən futbolçu MY-nin oyunlarına köklənmək istədiyini söyləsə də, İngiltərə klubunun düşdüyü durum onun fikrini dəyişməsini şərtləndirib. Mənbə "Əl-Nəsr"in yanvarda keçidi reallaşdırmaq üçün bütün gücünü səfərbər etdiyini vurğulayıb.

Xatırladaq ki, Varan 2021-ci ilin avqustundan MY-nin formasını geyinir. Onun İngiltərə nəhəngi ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər