Varan digər Avropa nəhənginə keçə bilər - SON DURUM

Varan digər Avropa nəhənginə keçə bilər - SON DURUM

"Mançester Yunayted"in müdafiəçisi Rafael Varan Səudiyyə Ərəbistanı klublarından təklif alsa da, Avropada qalmaq variantını da nəzəırdən keçirir.

Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış jurnalist Ekrem Konur yayıb.

Xəbərə görə, "Real Madrid" 30 yaşlı fransalını heyətinə qatmaq fikrindən vaz keçsə də, "Bayern Münhen" Varanı rənglərinə bağlamaq niyyətindən əl çəkməyib. Mənbə Almaniya nəhənginin yaxın günlərdə "qırmızı şeytanlar"a rəsmi təklif göndərə biləcəyini vurğulayıb.

Varan 2021-ci ildən MY-nin formasını geyinir. Cari mövsüm bütün turnirlərdə 15 matça çıxan arxa xətt oyunçusu 1 qol vurub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər