Vaqner Lavın Putin xatirəsi

Vaqner Lavın Putin xatirəsi

"Qarabağ"ın KL-dakı rəqiblərindən biri Qazaxıstan "Kayrat"ının braziliyalı hücumçusu Vaqner Lav Rusiya prezidenti Vladimir Putinlə CSKA futbolçusu olaraq görüşü ilə bağlı xatirələrini bölüşüb.

Fanat.Az xəbər verir ki. bu görüş 18 may 2005-ci ildə UEFA Kubokunun finalında CSKA-nın "Sportinq" üzərindəki qələbəsindən sonra baş tutmuşdu (3:1). 

Futbolçu bu barədə "Matç Premyer" telekanalında yayımlanan "Futbol adamı" verilişdə danışıb.

Mənbə xəbər verir ki, 37 yaşlı futbolçu həmin illərə qayıtmaq istədiyini dilə gətirib: "Rusiya prezidenti ilə bir ziyafətdə idik, Putin bizi şəxsən qələbə münasibətilə təbrik etdi. 20 yaşım var idi və belə cavan futbolçu olaraq mötəbər bir yarışın qalibi olmaq inanılmaz idi. Həmin günlərə qayıtmaq istəyirəm."

Qeyd edək ki, ziyafət zamanı Lav Putini top çiləməyə dəvət etdiyini də yada salıb: "Topu götürüb Putinə baxanda hamı qorxdu, çünki bu ölkə prezidentidir! Onu top çiləməyə dəvət etdim o da bu təklifimi qəbul etdi"

Vaqner Lavın Putin xatirəsi

Xatırladaq ki, "Qarabağ" "Kayrat"a qarşı ilk oyununu oktyabrın 21-i Bakıda keçirəcək.  

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər