İngiltərə millisinin və "Çelsi"nin sabiq kapitanı Con Terri "Liverpul"un müdafiəçisi Vurcil van Deyklə bağlı fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, "Sport Bible" onun söylədiklərini belə çatdırıb:
"Həmişə deyirəm, ən yaxşı sayılmaq üçün əsas məsələ uzunmüddətli sabitlikdir. Van Deyk son 3-4 ildə yüksək səviyyəli futbol nümayiş etdirir. Ancaq hələ onu görkəmli müdafiəçi adlandırmaq olmaz. Bunun üçün 10-15 il əla çıxışla yadda qalmalıdır".
Qeyd edək ki, van Deyk 2018-ci ilin yanvarından "Liverpul"dadır. "Qırmızılar"ın heyətində ümumilikdə 181 oyuna çıxan Niderland millisinin üzvü 16 qol və 11 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.
Nihat