Valverde "Valensiya"ya qayıdır

Valverde "Valensiya"ya qayıdır
"Barselona"nın keçmiş baş məşqçisi Ernesto Valverde 2012-ci ilin dekabrından 2013-ün iyununa qədər çalışdırdığı "Valensiya"ya qayıda bilər.
Fanat.Az "Onda Cero"ya istinadən xəbər verir ki, Valverde və köməkçisi Con Aspiazu Valensiyada ev axtarırlar. Mənbə mütəxəssislərin məhz eyni adlı şəhərin təmsilçisi ilə razılığa gəldikləri üçün daşınmaz əmlak agentliklərinə müraciət etdiklərini vurğulayıb.
"Valensiya" son 4 oyunda 3 yenilgi aldığı üçün turnir cədvəlində avrokubok zonasından düşüb. 
Valverde "Barselona"da 2017-2020 aralığında işləyib. Onun rəhbərliyi altında "Barsa" 2 dəfə ölkə çempionu olub. Sözügedən çalışdırıcı kataloniyalılara İspaniya Kubokunu və İspaniya Superkubokunu da qazandırıb. Yanvarın 13-də isə klub rəhbərliyi onu "Betis"in sabiq baş məşqçisi Enrike Setyenlə əvəzləyib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər