İspaniyanın "Valensiya" klubu rus futbolçu transfer edə bilər.
Fanat.Az "Plaza Deportiva"ya istinadən xəbər verir ki, "yarasalar" Moskva "Lokomotiv"inin 25 yaşlı dayaq yarımmüdafiəçisi Dmitri Barinovla maraqlanır.
Xəbərə görə, İspaniya təmsilçisinin idman direktoru Migel Anxel Korona baş məşqçi Cennaro Qattuzoya sözügedən futbolçunun heyətə qatılmasını məsləhət görüb. "Valensiya"nın maddi cəhətdən daha sərfəli olduğu üçün Barinov variantını nəzərdən keçirdiyi, lakin indilik "Lokomotiv"ə rəsmi təklif göndərmədiyi bildirilib.
Qeyd edək ki, Barinov "Lokomotiv"in öz yetirməsidir. Onun klubu ilə olan müqaviləsinin müddəti gələn yay başa çatacaq. "Transfermarkt" portalı Dmitrinin transfer qiymətini 11 milyon avro ilə dəyərləndirir.
Nihat