"Liverpul"un yarımmüdafiəçisi Vataru Endo "qırmızılar"ın baş məşqçisi Yürgen Kloppun cari mövsümün sonunda klubu tərk etmək qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Liverpool Echo" onun dediklərini belə çatdırıb:
"Əlbəttə, bu yenilik məni təəccübləndirdi. Amma Kloppun qərarına hörmətlə yanaşmaqdan başqa yolum yoxdur. Onunla daha uzun müddət işləmiş uşaqlar da şoka düşmüşdülər. İstənilən halda, hədəfimiz bu mövsüm titul qazanmaqdır. Bir məqam da var ki, Klopp indi getmir. Mən qayıdanda (Endo hazırda Asiya Kubokunda iştirak edir - red.) o, klubda olacaq. Qısası, hədəflərimiz dəyişməz qalır. Qalan hər şey barədə sonra düşünəcəyik".