Uruqvay çempionatı dayandırıldı - SƏBƏB

Uruqvay çempionatı dayandırıldı - SƏBƏB

Lidertadores Kubokunun 1/8 final mərhələsinin cavab oyununda - "San-Paulu"ya qarşı evdə keçirdikləri matçda (0:2) "Nasyonal"ın müdafiəçisi Xuan İskerdonun huşunu itirərək xəstəxanaya çatdırılması Uruqvayın Peşəkar Futbolçuların Hüquqlarını Müdafiə Assosiasiyasının (MUFP) radikal addımı ilə nəticələnib.

Fanat.Az xəbər verir ki, qurum avqustun 22-də qeydə alınan olaya görə ölkə çempionatının dayandırıldığını açıqlayıb.

MUFB bu həftəsonu baş tutmalı olan bütün qarşılaşmaların Xuana və ailəsinə sayğı əlaməti olaraq ertələndiyini bəyan edib.

Qeyd edək ki, reanimasiyaya yerləşdirilən 27 yaşlı oyunçunun ürək ritminin pozulduğu müəyyənləşib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər