"Tottenhem"in qapıçısı Uqo Lyoris bu yay iş yerini dəyişməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Times" yayıb.
Xəbərə görə, DÇ-2022-dən sonra Fransa millisi ilə vidalaşan qolkiper Səudiyyə Ərəbistanı təmsilçilərinin birindən başgicəlləndirici təklif alıb.
Qeyd edək ki, hazırda Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edir. Mətbuatda Lionel Messi, Serxio Buskets və Jordi Alba kimi ulduzların da bu ölkənin çempionatında top qovmağa hazırlaşdıqları ilə bağlı məlumatlar yayılıb.
Nihat