Uoker DÇ-2022-də iştirak etməyəcək

Uoker DÇ-2022-də iştirak etməyəcək

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Kayl Uokerin DÇ-2022-də iştirakının sual altına olduğunu bildirib. 

Fanat.Az xəbər verir ki, "Daily Mail" 51 yaşlı mütəxəssisin dediklərini belə çatdırıb:

“Onun bədəninin yuxarı hissəsində zədə var və bir müddət yaşıl meydanlardan kənarda qalacaq. Nə qədər uzunmüddətli olduğunu bilmirəm. Başqa heç nə deyə bilmərəm. Həkimlərlə danışmaq lazımdır. Dünya Çempionatına gedə biləcək yoxsa yox, deyə bilmərəm. Bu turnirin oyunçular üçün nə qədər vacib olduğunu bilirəm. 

32 yaşlı Uoker bu mövsüm bütün yarışlarda 8 oyun keçirib.

İngiltərə millisi 2022-ci il futbol üzrə dünya çempionatının B qrupunda ABŞ, İran və Uels yığmaları ilə mübarizə aparacaq.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər