Unai Emeri bütün rəqiblərini qabaqladı

Unai Emeri bütün rəqiblərini qabaqladı

İngiltərə Premyer Liqasında aprel ayının ən yaxşı baş məşqçisi müəyyənləşib.

Fanat.Az sözügedən çempionatın rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, bu, "Aston Villa"nın çalışdırıcısı Unai Emeridir.

Ötən ay İPL-də 7 matça çıxan Emerinin yetirmələri bunların 5-də qələbə qazanıb. Bir qarşılaşmada yenilən Birmingem təmsilçisi yalnız 34-cü turda "Mançester Yunayted"ə uduzub - 0:1.

Qeyd edək ki, "Aston Villa" hazırda turnir cədvəlində 8-ci yerdədir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər