İngiltərə millisinin və "Aston Villa"nın sabiq hücumçusu Qabriel Aqbonlahor "Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşerin İngiltərə Premyer Liqasının 7-ci turunda - "Everton"la oyunda (1:1) Kriştianu Ronaldunu ehtiyatda saxlamasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Manchester Evening News" onun söylədiklərini belə çatdırıb:
"Ronaldunu meydana start "11-lik"də buraxmamaq cinayətdir. Ən yaxşılar həmişə oynamalıdır. Onsuz da növbəti həftə millilərin oyunları ilə bağlı fasilə yaranacaqdı. Belədə, kiməsə istirahət verilməsi də məntiqəuyğun görünmür. Ule böyük səhv edib. Benites canfəşanlıqla komandasının irəli səslədiyi halda, Sulşer texniki zonada gülürdü. Bu o deməkdir ki, o, heç-heçəyə razı idi. Əlbəttə, MY öz meydanında bərabərliyə razılaşmamalıdır".
Nihat