Ulduz qolkiper vətəninə qayıdır

Ulduz qolkiper vətəninə qayıdır

İtaliyalı qapıçı Canluici Donnarumma Fransa çempionatını tərk edərək vətəninə qayıda bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

"Yuventus" 24 yaşlı ulduz qolkiperin xidmətində maraqlıdır. "Qoca sinyora"nın rəhbərliyi yay transfer pəncərəsində Donnarummanı heyətinə qatmağa çalışacaq.

Donnarumma 2021-ci ilin yayında "Milan"dan PSJ-yə keçib. Onun klubla hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna kimidir. Qolkiperin transfer qiyməti 50 milyon avro olaraq qiymətləndirilir.

İtaliyalı qapıçı bu mövsüm Liqa 1-də 26 oyun keçirib və 25 qol buraxıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər