"Mançester Yunayted"də yeni qapıçı transferi gündəmdədir.
Fanat.Az xəbər verir ki, buna əsas qapıçı Andre Onananın Afrika Millətlər Kubokuna çağırılması və onun əvəzləyicisi Altay Bayındırın hazır olmamasından sonra ehtiyac yaranıb.
"The Mirror"un məlumatına görə, "qırmızı şeytanlar" David de Xeanı heyətinə qatmaq istəyir.
Mənbə bildirir ki, 33 yaşlı ispan qolkiper mövsümün sonuna qədər “Mançester Yunayted”lə müqavilə imzalamağı düşünür.
Qeyd edək ki, De Xea 2011-2023-cü illərdə "Mançester Yunayted"də çıxış edib.
Nahid Məmmədov