"Yuxarı"dan gələn zəng - UFC-249-un ləğvinə səbəb olan şəxs kimdi?

"Yuxarı"dan gələn zəng - UFC-249-un ləğvinə səbəb olan şəxs kimdi?
Aprelin 18-nə planlaşdırılan UFC 249 koronavirus pandemiyası səbəbindən ləğv edildi.
Təşkilatın prezidenti Deyna Uayt qərarın səbəbini izah edərkən "yuxarı"dan gələn zəng" ifadəsini işlətmişdi. Fanat.Az "The New York Times"ə istinadən xəbər verir ki, həmin şəxsin kimliyi müəyyənləşib. Mənbənin məlumatına görə, Kaliforniya qubernatoru Qevin Nyusom ESPN-in səhmlərinin əsas hissəsinə sahib olan "Disney" şirkətinin rəhbərliyinə zəng edərək turnirin ləğvini tələb edib.
 
"Yuxarı"dan gələn zəng - UFC-249-un ləğvinə səbəb olan şəxs kimdi?
UFC 249 Kaliforniya ştatının Lemur şəhərində yerləşən "Tachi Palace Casino Resort" arenasında keçirilməli idi. Kompleks Santa-Rozadakı hind icmasına məxsus olduğundan, idman tədbirlərinin dayandırılması ilə bağlı qanunlar bura aid edilmirdi.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər