UEFA-dan Asim Xudiyevə növbəti təyinat

UEFA-dan Asim Xudiyevə növbəti təyinat

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək CFR (Rumıniya) - “Makkabi” (Petah Tikva, İsrail) görüşünün hakim-inspektoru olacaq.

Macarıstanlı baş hakim Tamaş Boqnarın idarə edəcəyi qarşılaşma Kluj-Napoka şəhərində yerləşən “CFR Kluj” stadionunda reallaşacaq.

Qeyd edək ki, görüş avqustun 15-də təşkil olunacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər