U-21-in heyətində ciddi itki

U-21-in heyətində ciddi itki

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik olub. Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Mustafa Yıldırım komandadan ayrılıb. “İqdırspor”un forvardı zədələnib və bu səbəbdən U-21-in Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya ilə oyunda iştirak edə bilməyəcək. Serbiya - Azərbaycan oyunu sentyabrın 12-də keçiriləcək və saat 22:00-da başlayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər