U-21-ə əsas millidən iki oyunçu çağırıldı

U-21-ə əsas millidən iki oyunçu çağırıldı

Azərbaycanın U-21 millisinin heyətində dəyişiklik edilib.

Fanat.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, əsas yığmanın UEFA Millətlər Liqasının qrup mərhələsində İsveç (1:3) və Slovakiya (0:2) ilə oyunlarında iştirak ərizəsində yer alan qapıçı Yusif İmanov ("Sabah) və hücumçu Nəriman Axundzadə ("Qarabağ") U-21-in heyətinə cəlb olunublar.

Qeyd edək ki, U-21 sentyabrın 10-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində “Dalğa Arena”da Serbiya yığması ilə qarşılaşacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər